Bu şirkət Kobi Brayant ayaqqabılarını onlayn satışdan çıxardı | Banco.az

Bu şirkət Kobi Brayant ayaqqabılarını onlayn satışdan çıxardı

Əfsanəvi basketbol oyunçusu Kobi Brayantın helikopter qəzası nəticəsində həyatını itirməsindən sonra Nike firması onun adına istehsal edilən ayaqqabıları öz internet səhifəsindəki onlayn satışdan çıxardı.

GettyImages-620091282.jpg

Banco.az xarici mətbuata istinadla bildirir ki, ayaqqabıları internet satışından götürməklə bağlı qərar Brayant ayaqqabılarının ikinci əl olaraq yüksək qiymətə satışa çıxarılmasına səbəb olub.

Alış-veriş üçün sayta daxil olanlar Brayantın məhsullarını axtarışa verdikdə NBA ulduzunun ölümü ilə bağlı bir açıqlamaya yönləndirilirlər.

Ən sərfəli kredit üçün müraciət et

Nike firmasının internet saytında sözügedən açıqlamada isə aşağıdakı ifadələr qeyd edilmişdir:

“O, dövrünün ən nüfuzlu idmançılarından biri idi. Ailəsi və dostları başda olmaqla Kobinin yaxınlarına dərin kədərimizi bildiririk. Nike ailəsinin çox dəyərli bir üzvünü itirmişik. Onun üçün çox darıxacağıq. Sonsuzadək, Mamba.”

Həmçinin oxu: Əfsanəvi basketbolçu Kobi Brayantdan ilham verici 10 fikir

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et