Əfsanəvi basketbolçu Kobi Brayantdan ilham verici 10 fikir | Banco.az

Əfsanəvi basketbolçu Kobi Brayantdan ilham verici 10 fikir

Təəssüflə bildiririk ki, dünən Kaliforniyada helikopter qəzası nəticəsində Black Mamba ləqəbli amerikalı keçmiş basketbolçu Kobi Brayant həyatını itirdi. O, təqribən 20 il ərzində formasını geyindiyi Los-Anceles Leykers komandası olmaqla bütün basketbol azarkeşləri üçün canlı əfsanə idi. Təbii ki, onun əldə etdiyi uğurlar heç də təsadüf deyildi. Səylə çalışmağın, ən yaxşısını istəməyin və dayanmadan mübarizə aparmağın inikası idi! Uğurları və nailiyyətləri ilə ilham verən bir ömürün ardınca isə dərs olacaq fikirlər qaldı həm sevənlərinə və həm də ilham axtarışında olan kəsə...

1. “Bütün neqativ hallar, təzyiqlər, mübarizələr mənim yüksəlməyim üçün bir fürsətdir.”

2. “Yıxılmaqdan qorxursunuzsa, böyük ehtimalla yıxılacaqsınız.”

3. “Matçları qazanmaq üçün nə lazımdısa, edəcəyəm; bu, istər skamyada dəsmalla oturmaq olsun, istər komanda yoldaşlarıma su vermək, istərsə də qalibiyyət gətirən xalı qazanmaq olsun.”

4. “Tənbəl insanlarla ünsiyyət yarada bilmirəm. Onlarla eyni dildə danışmırıq. Mən sizi başa düşmürəm, başa düşmək istəmirəm.”

Ən sərfəli kredit üçün müraciət et

5. “Ən mühüm olan səy göstərmək və insanlara mükəmməl olmaq istədikləri işdə ilham verməkdir.”

6. “Qalib gəlmək hər şeydən vacibdir. Bu mövzuda orta yol yoxdur.”

7. “Növbəti Michael Jordan olmaq istəmirəm. Mən sadəcə Kobi Brayant olmaq istəyirəm.”

8. “Bir dəfə uğursuzluğu daddıqdan sonra əzm sizi uğura aparar.”

9. “Əgər özünüzə inanmırsınızsa, heç kəs sizin yerinizə bunu etməyəcək.”

10. “Hər hansı bir şeyi fəda etməyə istəkli olun, ancaq əlinizdən gələnin ən yaxşısını etmək üçün heç nəyə güzəştə getməyin.”

Həmçinin oxu: Yoxsulluqdan 9 milyard dollarlıq sərvətə gedən uğur hekayəsi

Tamara Mustafayeva, Banco.az