Bu şirkət işçiləri üçün qoruyucu maska istehsal etdi | Banco.az

Bu şirkət işçiləri üçün qoruyucu maska istehsal etdi

Tamara Mustafayeva, Banco.az

Banco.az Blomberg nəşrinə istinadla bildirir ki, Apple firması xüsusi üz maskaları dizayn edərək koronavirusun yayılmasının qarşısını almaq üçün iş yerlərində qoruyucu maska taxmalı olan şirkət işçilərinə və pərakəndə əməkdaşlarına paylamağa başlayıb.

İstər minimalist dizaynı, istərsə də erqonomik strukturu ilə həddindən artıq pərəstişkarı olan Apple firmasının üz maskalarına necə dizayn verəcəyi böyük marağa səbəb olub. Şirkətin Mühəndislik və Sənaye Dizaynı komandası tərəfindən hazırlanan və "Apple Face Mask" adlandırılan yeni üz maskasının daxil və xaric olan hava axınını filtrləyən üç qatdan ibarət olduğu və yuyularaq beş dəfəyə qədər istifadə edilə bildiyi söylənilir.

Apple firmasının sözügedən maskanın filtrləri üçün uyğun materialları tapmaq məqsədilə diqqətli araşdırmalar həyata keçirdiyi və lazımi testlərin aparıldığı məlumdur. Maskanın tanıdılması üçün seçilən şüar isə, "Yeni Apple Face Mask yüngül, rahat, sizi və digərlərini qorumaq üçün idealdır" formasındadır. 

Qeyd edək ki, şirkət yaxın iki həftə ərzində işçilərinə sözügedən maskaları göndərməyə başlayacaq.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Apple suyun üzərində yerləşən İLK MAĞAZASINI açır

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et