Apple suyun üzərində yerləşən İLK MAĞAZASINI açır | Banco.az

Apple suyun üzərində yerləşən İLK MAĞAZASINI açır

Tamara Mustafayeva, Banco.az

Apple markasının dizayn işlərinə böyük əhəmiyyət verməsi demək olar ki, hər kəsə məlumdur. Təbii ki, bu məsələ şirkətin fiziki mağazalarına da şamil edilir. Bu vaxtadək dünyanın müxtəlif yerlərində memarlıq və dizayn üslubu ilə önə çıxan bir çox Apple Store fəaliyyətə başlayıb. Yaxın günlərdə isə bu siyahıya daha yeni bir mağaza əlavə edilib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Apple firması yaxın günlərdə Sinqapurun Mərkəzi rayonunda, Marina Bay körfəzi sahilində yerləşən "Marina Bay Sands" adlı kurort bölgəsində yeni mağaza açacağını elan edib. Şirkətin sözügedən mağazası Marina körfəzində üzən kürənin içərisində yerləşəcək və suyun üzərində inşa edilən ilk Apple mağazası olacaq.

Şirkətdən bildirilənə görə, yüksəldilmiş taxta yol və su altı keçidi mağazanı sahilə və Marina Bay Sands alış-veriş mərkəzi ilə əlaqələndirir. Bununla yanaşı, qübbə formasında olan mağaza bütünlüklə şəhərin siluetini və körfəzin suyunu əks etdirən şüşə panellərlə əhatə olunacaq. 

Xatırladaq ki, sözügedən mağaza texnologiya nəhənginin Sinqapurdakı üçüncü mağazası olacaq. Mağazanın açılış tarixi isə hələ ki, elan edilməyib.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Apple şirkətindən 2 trilyonluq tarixi uğur!

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et