Bu şirkət ilin ilk yarısında 8.6 milyard dollar zərər etdi | Banco.az

Bu şirkət ilin ilk yarısında 8.6 milyard dollar zərər etdi

Tamara Mustafayeva, Banco.az

Fransız avtomobil istehsalçısı Renault bazarda vəziyyətin pisləşməsi və şəriki Nissan şirkətinin qeyri-qənaətbəxş göstəricilərindən sonra rekord səviyyədə zərər edib. 8.58 milyard dollar dəyərindəki xalis zərər xərcləri azaldan və Yaponiyadakı strateji müttəfiqi ilə münasibətləri düzəltməyə çalışan Renault şirkətinin üzləşdiyi çətinliklərdən xəbər verir.

Renault Unveils New Branding and Graphic Identity - Logo Designer ...

Bir neçə ay əvvəl CEO vəzifəsinə təyin edilən Luca De Meo ötən həftənin cümə axşamı günü jurnalistlərə açıqlamasında, "Daha əvvəl görülməmiş bir hadisə olsa da, bu, son deyil. Şirkətin bu vəziyyətdən uğurla çıxacağına inamım sonsuzdur.", deyə bildirib. O, xərcləri azaltdıqlarını vurğulasa da, bu ilki maliyyə strategiyaları haqqında başqa bir informasiya verməyib.

Şirkət ötən il əldə etdiyi 1.52 milyard avro dəyərində gəlirlə müqayisədə bu ilin ilk rübündə 2 milyard avroluq fəaliyyət itkisi yaşadıqlarını və nağd itkisinin də 6.4 milyard avro dəyərində olduğunu açıqlayıb. Renault hazırki böhran şəraitində istiqamətini şirkətin əsas səhmdarı olan Fransa hökumətinə çevirib və 5 milyard avroluq dövlət dəstəkli krediti qəbul edib. İyun ayının sonunda isə 30 mart tarixindəki 10.3 milyard avro ilə müqayisədə 16.3 milyard avro dəyərində likvidliyə sahib olduqlarını bildiriblər.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, may ayında Renault şirkəti dünya miqyasında 14600 işçisi ilə yollarını ayıracağını və xərcləri 2 milyard avrodan daha çox azaltmaq üçün istehsal gücünü beşdə bir nisbətində aşağı salacağını açıqlamışdı.

Həmçinin oxu: 2020-ci ilin ən dəyərli avtomobil markaları AÇIQLANDI

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et