Tamara Mustafayeva, Banco.az
Cola-Cola şirkəti 1200-ü ABŞ-da olmaqla dünya miqyasında 2200 əməkdaşını işdən çıxaracaq.
Pandemiya səbəbilə kinoteatrlar, idman stadionları, kafe və barlar bağlı olduğu üçün tanınmış içki markası da öz növbəsində bir sıra tədbirlər görməli olub. Belə ki, şirkət rəsmilərindən biri ötən həftənin cümə axşamı günü e-mail vasitəsilə etdiyi açıqlamada könüllü satın alma və ixtisardan ibarət yeni tədbirlər planının 350-550 milyon dollara başa gələcəyini bildirib. Qeyd edək ki, ilin əvvəlində şirkətin qlobal miqyasda 86200 əməkdaşı var idi.
Şirkət bu ilin avqust ayında Şimali Amerikadakı işçi qüvvəsinin təqribən 40%-nə erkən işdən çıxma paketləri təqdim etmiş, daha sonra isə növbəti ixtisar tədbirlərinin görüləcəyini açıqlamışdı.
Həmçinin oxu: Coca-Cola pandemiyanın qəhrəmanlarına belə "təşəkkür etdi"
Bizi sosial şəbəkələrdən izləyin!!