Coca-Cola pandemiyanın qəhrəmanlarına belə "təşəkkür etdi" | Banco.az

Coca-Cola pandemiyanın qəhrəmanlarına belə "təşəkkür etdi"

Tamara Mustafayeva, Banco.az

2020-ci il heç kəs üçün asan keçməyib. Pandemiya dövründə həkim, müəllim, kuryer, tibb bacısı kimi fəaliyyət göstərənlər xüsusilə böyük məsuliyyət daşımalı oldular ki, onlar da bu yolda ürəkdən mübarizə apardılar. Coca-Cola şirkəti də pandemiyanın bu qəhrəmanlarına təşəkkür etmək üçün özəl kola butulkaları dizayn edib.

Şirkət koronavirus pandemiyasının görünməyən qəhrəmanlarına həsr edilmiş 40-dan çox peşə adı ilə onları salamlamaq üçün "Share a Coke" ("Kolanı bölüş") kampaniyası çərçivəsində yeni "Milad bayram paketi"ni təqdim edib.

"Coca-Cola Holiday Heroes" adı ilə tanıdılan qablaşdırma layihəsi markanın fanatlarını öz bayram qəhrəmanları barəsində hekayələr bölüşməyə təşviq edən #ShareACoke həştəqi ilə sosial mediada başladılıb.

Sözügedən kampaniya həmçinin markanın xüsusi bayram mövzulu markalaşmasının 100 illik yubileyini təmsil edir və istehlakçıların yaşadıqları mübarizələrdən bəhs edir.

"Holiday Heroes" qablaşdırmasından əlavə şirkət bir atanın qızının yeni il arzusunu yerinə yetirməsi üçün Şimal Qütbünə etdiyi səfərdən bəhs edən ənənəvi bayram reklam filmini də yayımlayıb. Oskar mükafatına layiq görülmüş rejissor Taika Waititi tərəfindən ərsəyə gələn reklam filmi insanlara "Bu yeni ildə təkcə sənin verə biləcəyin hədiyyə" fikrini aşılamağı hədəfləyir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Coca-Cola üçün hazırlanmış ən yaradıcı reklam afişaları

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram