Bu şirkət də işçilərinin bir qismini ixtisar edəcək | Banco.az

Bu şirkət də işçilərinin bir qismini ixtisar edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Ericsson” şirkəti 1400 işçisini ixtisar etməyə hazırlaşır.

Banco.az xəbər verir ki, mənzil-qərargahı Stokholmda yerləşən İsveçin telekommunikasiya şirkəti “Ericsson” xərcləri azaltmaq planları çərçivəsində işçi ixtisarları həyata keçiriləcəyini açıqlayıb.

Smartfonların bazarda üstünlüyü ələ almasından sonra bu sahədə geri qalmasına baxmayaraq, şirkət hələ də bir çox başqa texnologiya sahəsində əhəmiyyətli oyunçulardan biridir.

Öz ölkəsi İsveçdə işçi sayını 1400 nəfər azaltmağı planladığını açıqlayan brendin həmkarlar ittifaqları ilə danışıqlardan sonra gələcəkdə digər ölkələrdə də belə ixtisarlar edə biləcəyi bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et