Bu şirkət açıq hava reklamlarında yeniliyə imza atdı | Banco.az

Bu şirkət açıq hava reklamlarında yeniliyə imza atdı

Tamara Mustafayeva, Banco.az

Ötən günlərdə Nestlé İngiltərə və İrlandiya gələcəkdə reallaşdıracaqları açıq hava reklam kampaniyaları üçün 100% yenidən istifadə edilmiş kağızlara yer verəcəklərini elan edib. Şirkət dayanıqlı açıq hava reklamçılığına nail olmaq üçün Posterscope adlı reklam agentliyi ilə əməkdaşlığa başlayıb.

Posterscope və Nestle bu layihə çərçivəsində yenidən istifadə texnikası ilə hazırlanmış çap üsulları ilə açıq hava afişalarının keyfiyyətini təmin etmək üçün müfəssəl araşdırmalar aparıb. Aylarla davam edən araşdırmalardan sonra Posterscope tərəfindən ərsəyə gətirilən məhsul reklam verənlərə ilk dəfə keyfiyyət itkisinə yol vermədən kiçik formatlı açıq hava afişalarında sözügedən texnikadan istifadə etməyi vəd edir.

Qeyd edək ki, növbəti aylarda yeni formatda təqdim ediləcək reklamlar içərisində Polo, KitKat, Quality Street və Nescafé kimi alt markalar yer alacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram