Bu şirkət 4 min işçisini ixtisar etməyə hazırlaşır | Banco.az

Bu şirkət 4 min işçisini ixtisar etməyə hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Philips” qlobal miqyasda 4 min işçini işdən çıxaracağını açıqlayıb. 

Banco.az xəbər verir ki, Hollandiyanın transmilli texnologiya şirkəti "Philips" 2022-ci ilin üçüncü rübü üzrə satış hesabatını açıqlayıb.

Buna görə, şirkətin satış həcmi ardıcıl beşinci rübdə də aşağı düşüb, aktivlərin sayı azalıb.

Bildirilib ki, dövriyyə 2022-ci ilin üçüncü rübündə 5 faiz azalaraq 4,3 milyard avroya geriləyib və şirkət bu dövrdə 1,5 milyard avro zərərə uğrayıb. "Philips" ötən ilin üçüncü rübündə isə 358 milyon avro mənfəət əldə etdiyini açıqlamışdı.

Dünya üzrə 79 min işçisi olan şirkət satış həcminin və sifarişlərin azalması səbəbindən 400-ü Hollandiyada olmaqla ümumilikdə 4 min işçinin işdən çıxarılacağını açıqlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et