Bu şirkət 3 ayda 10 minə yaxın insanı işdən çıxardı | Banco.az

Bu şirkət 3 ayda 10 minə yaxın insanı işdən çıxardı

Tamara Mustafayeva, Banco.az

"Alibaba" 3 ayda 10 minə yaxın işçisini ixtisar edib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Çinin e-ticarət nəhəngi "Alibaba" karantin məhdudiyyətləri və rüblük mənfəətin ilk dəfə azalmasından sonra aprel-iyun dövründə 9241 əməkdaşını işdən çıxarıb. Bununla da, şirkət ümumilikdə 245 700 işçini ixtisar edib.

Xatırladaq ki, ilin ilk üç ayında şirkət artan inflyasiya, xammal xərcləri və siyasi gərginlik kimi səbəblərdən işçi qüvvəsini 4375 nəfər azaltmışdı.

İndiki işdən çıxarılma qərarının isə qlobal iqtisadi ləngimə və istehlak xərclərinin zəifləməsi səbəbindən qəbul edildiyi bildirilir.

Qeyd edək ki, oxşar səbəblərdən ABŞ-ın “Apple”, “Alphabet”, “Meta Platforms” şirkətləri hazırda işə qəbulu dayandırıb, Amazon.com isə 100 minə yaxın insanı işdən çıxarıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et