Bu sığorta növünü təmin etməyən işəgötürənlər cərimələnir | Banco.az

Bu sığorta növünü təmin etməyən işəgötürənlər cərimələnir

İşçi ilə əmək müqaviləsi bağlandıqdan 20 gün ərzində müəssisə bədbəxt hadisədən sığorta haqqında hər hansısa bir sığorta şirkəti ilə müqavilə imzalamalıdır.

Bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Orxan Hüseynzadə deyib. O bildirib ki, bundan sonra qanunvericiliyə uyğun olaraq bağlanmış müqavilə çərçivəsində 1 ay ərzində ödəniş edilməlidir:

"Ödəniş edilmədiyi təqdirdə, müqavilə qüvvədən düşmüş hesab olunur və sistem artıq yeni bildirişlər göndərir. Belə hallar təkrarlandıqda və bir neçə xəbərdarlıq edildikdən sonra işəgötürən sanksiyaya məruz qalır. Aparılan məlumatlandırma tədbirləri çərçivəsində artıq 101 min işçi həmin sığorta növü ilə əhatə olunub. 2 il ərzində 53 faiz artım əldə etmişik. Sistemdəki bütün əmək müqavilələrinin 82 faizi bu sığorta növü ilə əhatə olunub".

trend

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et