Bu şəxslərin əməkhaqqları artırılacaq | Banco.az

Bu şəxslərin əməkhaqqları artırılacaq

Azərbaycanda “Sosial sığorta haqqında”, “Diplomatik xidmət haqqında” qanunlara və Vergi Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihələri qəbul edildikdən sonra diplomatik xidmət əməkdaşlarının maaşları artırılacaq.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

"Bu artım 2023-cü il dövlət büdcəsində artıq nəzərə alınıb. Layihənin maliyyyə yükü bəllidir. Gələn il bunun maliyyələşməsi üçün hər hansı çətinlik gözlənilmir", - deyə o qeyd edib.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et