Bu şəxs dünyanın ən gənc kriptovalyuta milyarderi oldu | Banco.az

Bu şəxs dünyanın ən gənc kriptovalyuta milyarderi oldu

Tamara Mustafayeva, Banco.az

Kriptovalyuta aləmində hər ötən gün yeni milyarderlər peyda olarkən Ethereum-un təsisçisi Vitalik Buterin dünyanın ən gənc kripto-milyarderi adına layiq görülüb. Ethereum isə həftənin ilk iş günündə 3000 dollar səviyyəsini keçməklə bu il ümumilikdə 325% dəyər qazanıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ikinci ən dəyərli kriptovalyuta hesab edilən Ethereum-u 2015-ci ildə bazara çıxarmağa müvəffəq olan rus əsilli Kanadalı proqramçı hələ 27 yaşında ən gənc kripto-milyarder olub. Buterin hazırda sahib olduğu Ethereum-ların ümumi qiyməti 1 milyard dolları keçib.

Qeyd edək ki, Vitalik Buterin 1994-cü ildə Moskva yaxınlığında yerləşən Kolomna qəsəbəsində dünyaya gəlib. Bir müddət sonra ailəsi ilə birgə Kanadaya köçən Buterin ölkənin ən böyük şəhəri Torontoda yaşamağa başlayıb. 2012-ci ildə hələ 18 yaşında ikən daha sonra Ethereum-un yaradılmasında ona köməklik göstərən Mihai Alisie ilə birlikdə "Bitcoin Magazine" saytını təsis edib. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et