Tamara Mustafayeva, Banco.az
Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) yeni növ koronavirus pandemiyası səbəbilə havaçılıq sektorunda 4,8 milyon insanın işini itirmə riski ilə üzləşdiyini açıqlayıb.
IATA-dan bildirilən yazılı açıqlamada dünya miqyasında səyahət tələbinin pandemiya səbəbilə 75% azaldığı və bunun nəticəsində də 4,8 milyon sektor personalının işini itirmə riski ilə üzləşdiyi vurğulanıb. Qeyd edilib ki, Covid-19 ilə bağlı tətbiq edilən karantin tədbirləri və digər bir çox məhdudiyyətlər havaçılıq sənayesini çətin vəziyyətə salıb, təyyarələri yerə endirib, infrastruktur və təyyarə istehsalı potensialını aşağı səviyyəyə salıb.
Açıqlamada həmçinin havaçılıq sektorunda "işsizlik fəlakətinin" qarşısını almaq üçün ölkə hökumətlərinə təcili tədbirlər görmək və müntəzəm maliyyə dəstəyi çağrısı edilib.
Həmçinin oxu: Bu Hava yolu şirkəti təyyarə yeməklərinin servis edildiyi restoran açdı
Bizi sosial şəbəkələrdən izləyin!!