Tamara Mustafayeva, Banco.az
Həkim kabineti ilə gözəllik salonu arasında yerləşən Londondakı ən dar mənzil sadəcə iki bina arasındakı tünd mavi xətt kimi görünsə də, 1.3 milyon dollar dəyərə layiq görülüb.
Banco.az xarici mətbuata istinadla bildirir ki, İngiltərənin paytaxtı London şəhərində yerləşən və şəhərin ən dar evi kimi tanınan bir əsrlik tarixi olan ev 1.3 milyon dollara satışa çıxarılıb.
"Stepherd Bush" küçəsində yerləşən evin 19-cu əsrin sonları ya da 20-ci əsrin əvvəllərində inşa edildiyi və Viktoriya dövründə papaq dükanı kimi istifadə edildiyi bildirilib. Beş mərtəbəli evin ən dar hissəsinin eni isə 1,6 metrdir.
Zirzəmi hissəsinin sonunda yerləşən mətbəx evin ən dar sahəsi hesab edilsə də, buradan təqribən iki dəfə böyük yemək zalına keçid mövcuddur. Fransız üslubuna malik pəncərələrin mənzərəsi isə 5 metr eni olan bağçaya açılır.
Evin alqı-satqı işlərini həyata keçirən "Winkworth" adlı daşınmaz əmlak agentliyinin müdir müavini Devid Mayers evin onun gözəlliyini olduğu kimi görən gənc cütlük və ya tək yaşamaq istəyən hər hansı bir şəxs tərəfindən satın alınacağına inandıqlarını söyləyib.
Bizi sosial şəbəkələrdən izləyin!!