Bu şəhərdə elmi-fantastik filmləri xatırladan əyləncə mərkəzi açılıb | Banco.az

Bu şəhərdə elmi-fantastik filmləri xatırladan əyləncə mərkəzi açılıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın Las-Veqas şəhərində elmi-fantastik filmlərdən çıxmış kimi görünən alış-veriş mərkəzi açılıb.

Banco.az xəbər verir ki, Las-Veqasdakı nəhəng sferik əyləncə mərkəzi olan MSG Sphere Arena öz qapılarını ziyarətçilərin üzünə açır.

msg-sphere-2

Dünyanın ən böyük qlobal əyləncə məkanı olma iddiası ilə diqqət çəkən Las Vegas MSG Sphere Arena sanki sürreal dünyadan çıxmış arxitekturaya sahibdir.

Xarici səthi 1 milyon 200 min LED işıqla örtülmüş MSG Sphere bu işıqlara görə nəhəng basketbol topuna, səmadakı Aya və ya hekayələrdən çıxan balqabaqlara çevrilə bilir.

Hündürlüyü 366 fut (111 metr) və eni 16 fut (157 metr) olan bu möhtəşəm tikili görənlərin xəyal gücünü yoracaq təsirə malikdir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, arenada canlı musiqi çıxışları, film nümayişləri və müxtəlif idman tədbirləri kimi bir çox tədbirlər keçiriləcək. Las Vegas MSG Sphere Arena 29 sentyabr 2023-cü ildə U2 konserti ilə öz qapılarını ziyarətçilərin üzünə açacaq. Bununla yanaşı. noyabrda arenanın yaxınlığından Formula 1 Las-Vegas Qran Prisi də keçəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et