Müəllif - Aida İsaq, Banco.az
İspaniyanın Valensiya şəhərində sınaq məqsədi ilə dörd günlük iş həftəsinin tətbiqinə başlanılıb.
Banco.az xəbər verir ki, beləliklə, Valensiya dünya üzrə bir ay davam edəcək 32 saatlıq iş həftəsi təcrübəsini sınaqdan keçirən ilk şəhər olacaq. Eksperiment aprelin 10-dan mayın 7-dək olan müddəti əhatələyəcək. Bu dörd həftə ərzində hər bazar ertəsi rəsmi şəkildə tətil günü hesab olunacaq. Təcrübə zamanı hakimiyyət orqanları qısaldılmış iş həftəsinin sakinlərin sağlamlığına və rifahına, ətraf mühitə və şəhər iqtisadiyyatına (ticarət, qonaqpərvərlik və istirahət) təsirini nəzərdən keçirməyə hazırlaşır. Nəticələr isə cari ilin 2023-cü ilin iyul ayında elan olunacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!