Bu şəhərdə bayram günləri spirtli içkilərin satışı qadağan olunacaq | Banco.az

Bu şəhərdə bayram günləri spirtli içkilərin satışı qadağan olunacaq

Müəllif - Aida İsaq, Banco.az

Rusiyanın Tıva Respublikasında spirtli içkilərin satışına qadağa qoyulub.

Banco.az xəbər verir ki, məhdudiyyətlər 2022-ci il dekabrın 31-dən 2023-cü il yanvarın 8-dək keçərli olacaq. Müvafiq qərarın Yeni il, Milad bayramları və istirahət günlərində ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıdığı bildirilir. Buna paralel olaraq qeyd olunur ki, bələdiyyələr polis və nəzarət orqanları ilə birlikdə qadağanın icrasına əməl olunmasını təmin etməli, məhdudlaşdırıcı tədbirləri pozanları müəyyən etməlidir. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram