Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,3 faiz artaraq 1089,2 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3 869 manat, qeyri neft-qaz sektorunda 1037,9 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1066,2 manat, özəl müəssisələrdə isə 1111,7 manat olub.
Banco.az xəbər verir ki, ölkə üzrə ümumi götürdükdə ən yüksək orta maaş neft-qaz (3 678,4 manat), maliyyə-sığorta (2 859,9 manat), informasiya və rabitə sahəsindədir (1 865,6 manat).
Ən az əməkhaqqı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq (688,3 manat) sahəsindədir.
Dövlət sektorunda ən yuxarı maaş alanlar maliyyə sektorundadır – 3 745,8 manat. Özəl sektorda isə ən yüksək maaş mədənçıxarma sənayesində verilir – 4 277,7 manat.
Bizi sosial şəbəkələrdən izləyin!!
