Bu şagirdlər dərslərini hələ də distant formada davam etdirəcəklər | Banco.az

Bu şagirdlər dərslərini hələ də distant formada davam etdirəcəklər

“Bəziləri üçün ənənəvi tədrisə qayıdış düzgün qərar kimi qəbul edilsə də, bir çoxlarına da vaxtında verilməmiş qərar kimi görünür. Mayın 17-dən əyani tədrisin qismən bərpa olunması qərarı müzakirələr və aparılan təhlillərdən sonra verilib”.

Bunu təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, Təhsil Nazirliyi əyani tədrisə qayıtmağın tərəfdarı olub: “Uşaqların sosial-psixoloji inkişafı, parta arxasında oturması vacibdir. İnandığımız odur ki, bu anlamda valideynlər övladlarını məktəbə göndərə biləcəklər. X-XI sinif şagirdləri hələ də dərslərini distant formada davam etdirəcəklər”.

E.Əmrullayev bildirib ki, şərait imkan verən məktəblərdə tədris həftədə 5 gün olacaq: “Şagirdlərin məktəbdə olması və yaşıdları ilə ünsiyyətdə olması vacibdir. Sadəcə çıxılmaz vəziyyətdə qaldıqda distant tədrisə keçid barədə düşünürük”.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram