Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ Daxili Gəlir Xidmətinin (IRS) federal işçi qüvvəsini azaltmaq səyləri çərçivəsində 90 min işçisinin yarısını işdən çıxaracağı iddia edilib.
Banco.az xəbər verir ki, Associated Press (AP) xəbər agentliyinin adının açıqlanmadığı mənbələrə istinadən verdiyi xəbərə görə, ABŞ-ın Daxili Gəlir Xidməti (IRS) federal işçi qüvvəsini azaltmaq istiqamətində addımlar atıb.
IRS-də çalışan 90 min nəfərin yarısının işdən çıxarılacağı bildirilir.
Ölkənin əsas vergi yığımı qurumu olan IRS-də bu ixtisarların bu il vergi toplama xidmətlərinə necə təsir edəcəyi isə hələlik məlum deyil.
ABŞ prezidenti Donald Tramp ikinci prezidentlik müddətində "federal bürokratiyanı və israfı azaltmaq" siyasətini həyata keçirəcəyini elan etmiş, bu çərçivədə yaradılan Hökumət Səmərəliliyi Departamentinin (DOGE) rəhbərliyinə milyarder iş adamı İlon Mask təyin edilmişdi.
Tramp administrasiyası IRS də daxil olmaqla, müxtəlif dövlət qurumlarında çalışan minlərlə federal işçinin vəzifəsinə son qoymuşdu.
Bizi sosial şəbəkələrdən izləyin!!