Bu qeyri-bank təşkilatı kapitalını 2 dəfədən çox artırır | Banco.az

Bu qeyri-bank təşkilatı kapitalını 2 dəfədən çox artırır

“Finoko” ASC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 2,6 milyon manat və yaxud 2,15 dəfə artıraraq 2 milyon 255 min manatdan 4milyon 855 min manata çatdıracaq.

Bu barədə BOKT-un baş direktoru Turan İsmayılov məlumat verib.

Onun sözlərinə görə, kapital artımı “Finoko”nun ötən il əldə etdiyi xalis mənfəət, eləcə də əlavə vəsait hesabına baş tutacaq. Artımdan sonra BOKT-un səhmdarlarının pay bölgüsü dəyişməyəcək.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Finoko” 2014-cü ildən fəaliyyət göstərir. Onun səhmdarları Elçin Əliyev (Müşahidə Şurasının sədri) və Elmar Əliyevdir (Müşahidə Şurasının üzvü).

Report.az