Bu ölkəyə "Mir" kartları ilə xidmət göstərməyə icazə verilib | Banco.az

Bu ölkəyə "Mir" kartları ilə xidmət göstərməyə icazə verilib

Müəllif - Aida İsaq, Banco.az

ABŞ sanksiyalarından qorunmaq məqsədi ilə Qazaxıstan bankları Rusiyanın “Mir” kartları ilə xidmət göstərməyi dayandırmışdı. Hazırda Qazaxıstan tərəfinin ABŞ-ın xarici aktivlərə nəzarət idarəsinə ünvanladığı məktubdan sonra müvafiq ödəniş kartları ilə əməliyyatların həyata keçirilməsinə icazə verilib.

Banco.az xəbər verir ki, bu barədə Qazaxıstanın maliyyə bazarının tənzimlənməsi agentliyi məlumat yayıb. Beləliklə, Rusiya vətəndaşları da daxil olmaqla, fiziki şəxslərin “Mir” kartları ilə əməliyyatları icra etmələri mümkün olacaq. Eyni zamanda bu ödəniş sistemi üzrə əməliyyatların xüsusi nəzarət altında olacağı qeyd olunub.

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram