Bu ölkəyə gələn turistlərə QEYRİ-ADİ təklif | Banco.az

Bu ölkəyə gələn turistlərə QEYRİ-ADİ təklif

Tamara Mustafayeva, Banco.az

Bilindiyi kimi, bir müddətdir ki, əksər ölkələrdə insanlar evdən işləmək rejiminə keçiblər və hətta bəzi tanınmış firmalar ilin sonunadək bu rejimi saxlayacaqlarını açıqlayıblar. Karantin rejiminin yumşaldıldığı, bir çox ölkələrin normal yaşayış tərzinə geri qayıtdığı son günlərdə isə əksər dövlətlər sərhədlərini açmağa qərar verdi ki, bununla da turistlər yenidən xarici ölkələrə üz tutmağa başladılar. Bu halda, xüsusən də, qazancının böyük qismini turizm gəlirlərindən əldə edən ölkələr hazırki şəraitdə cəlbediciliyi artırmaq və turizmi yenidən canlandırmaq üçün bir sıra addımlar atmağa məcbur oldular. Mərkəzi Amerikanın Karib hövzəsində yerləşən Barbados dövlətinin prezidenti Mia Mottley də adaya istirahət üçün gələn, ancaq geri qayıtmayaraq evdən iş rejiminə buradan davam etmək istəyən xarici turistlər üçün bir illik yaşayış icazəsi verməyə hazırlaşdıqlarını bildirib.

Coronavirus: Working from a holiday home! Barbados to offer year ...

Prezident "Barbados adalarına Xoşgəlmişsiniz" adını verdikləri proqram çərçivəsində xarici turistlərin bir il boyunca adada yaşayaraq oradakı həyatı daha yaxşı öyrənə biləcəklərini vurğulayıb.

Dünyanın ən mühüm turist destinasiyalarından biri olan Barbados dövlətinin ümumi milli məhsulunun 40%-i turizmdən əldə edilən gəlirlər hesabına formalaşır. Ümumi məşğulluq göstəricisinin 30%-i də bu sektorun payına düşür. Ancaq koronavirus pandemiyası səbəbilə tətbiq edilən qadağalar ölkə iqtisadiyyatını çətin vəziyyətə salıb. 

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ölkə 12 iyul tarixində sərhədlərini yenidən açmağı planlaşdırır. İndiyədək həyata keçirilən rezervasiyaların isə əvvəlki illərlə müqayisədə az oluğu bildirilir.

Qeyd edək ki, Barbados ölkəyə girişdə turistlərdən koronavirus testi tələb edir və nəticəsi pozitiv çıxan turistlər ölkəyə buraxılmır. Bununla yanaşı, hava limanında maska taxmaq qaydası da icbari xarakter daşıyır.

Həmçinin oxu: Koronavirus pandemiyası təyyarə səfərlərində nəyi dəyişdirdi?

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et