Müəllif:Ayşən İmanova/Banco.az
İndoneziyanın yeni paytaxtı Nusantarada benzinlə işləyən avtomobillər olmayacaq.
Banco.az xəbər verir ki, bu barədə ölkə prezidenti Coko Vidodo deyib.
Onun sözlərinə görə, paytaxt Nusantarada inkişaf edəcək yeganə iqtisadiyyat yaşıl iqtisadiyyatdır. Nəqliyyat vasitəsi kimi elektrik avtomobillərindən istifadə olunacaq. Benzinlə işləyən daxili yanma mühərrikli avtomobillər Nusantarada qadağan ediləcək, çünki onun konsepsiyası yaşıl şəhərdir.
Xatırladaq ki, Vidodo paytaxtın Cakartadan köçürülməsi ideyasını 2019-cu ildə irəli sürüb. Qərar paytaxtın həddindən artıq yüklənməsi və hər il təxminən 15 santimetr su altında qalması ilə bağlıdır.
Bizi sosial şəbəkələrdən izləyin!!