Bu ölkənin şirkətləri işçi ixtisarını çoxaldıb | Banco.az

Bu ölkənin şirkətləri işçi ixtisarını çoxaldıb

Müəllif - Aida İsaq, Banco.az

Geridə qoyduğumuz 2022-ci il Rusiyada orta və kiçik müəssisələrlə müqayisədə böyük şirkətlər üçün daha uğursuz il olaraq yadda qalıb. Belə ki, təkcə ötən il ərzində Rusiya şirkətlərinin 33%-i işçi ixtisarlarının sayını çoxaldıb.

Banco.az xəbər verir ki, aparılan araşdırma sorğusunda müxtəlif sayda işçiləri olan 256 şirkət iştirak edib. İri şirkətlərin öz işçilərini daha çox ixtisar etdiyi məlum olub. Bundan başqa, böyük korperasiyaların dörddə üçü tətbiq olunan sanksiyaların, qismən səfərbərliyin və digər tədbirlərin bizneslərə olan mənfi təsiri ilə üzləşib. Eyni zamanda işəgötürənlərin 46%-i 2022-ci il hadisələrinin onların şirkətlərinə koronavirus və ondan sonrakı məhdudiyyətlərdən daha çox təsir etdiyini bildirib. Qalan 23% isə təsirin təxminən eyni şəkildə olduğuna inanır. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram