Bu ölkənin reklamlarında ağdərili modellər və ingilis aksenti olmayacaq | Banco.az

Bu ölkənin reklamlarında ağdərili modellər və ingilis aksenti olmayacaq

Tamara Mustafayeva, Banco.az

Nigeriyanın Reklamlara Nəzarət Agentliyi (ARCON) ağdərili aktyorlara və britaniya aksentinə reklam çarxlarında yer verilməsini qadağan edib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Nigeriyadakı Reklamlara Nəzarət Agentliyi 22 avqust tarixində yayımlanan açıqlamada, "Bütün reklamlarda və marketinq kampaniyalarında yalnız nigeriyalı modellər və səs aktyorları nümayiş etdiriləcək", deyə elan edib.

Nigeriya hökuməti bu qərarı yerli istedadları kəşf etmək və iqtisadi artımı dəstəkləmək üçün qəbul etdiklərini bəyan edib.

Reklamların böyük əksəriyyətində ingilis modellərin və səs aktyorlarının iştirak etdiyini bildirən Nigeriya Reklam Agentlikləri Dərnəyinin prezidenti Stiv Babaeko da cəmi bir neçə il əvvəl Nigeriya reklamlarındakı istedadların təxminən yarısının ingilis olduğunu bildirib.

“The Times” qəzetinin xəbərinə görə, Nigeriya reklam sənayesində ağdərili model qadağası tətbiq edən ilk ölkə olub. Bununla belə, ağdərili modellərin iştirakı ilə hazırda yayımlanan reklam çarxları ilə bağlı isə heç bir tədbir görülməyəcək.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, sözügedən qərarın oktyabr ayının 1-dən etibarən qüvvəyə minəcəyi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et