Bu ölkənin ən zəngin qadınlarından biri edam cəzasına məhkum edilib | Banco.az

Bu ölkənin ən zəngin qadınlarından biri edam cəzasına məhkum edilib

Müəlif:Ayşən İmanova/Banco.az

Vyetnam məhkəməsi ölkənin ən varlı qadınlarından biri və böyük “Van Thinh Phat” şirkətinin rəhbəri Çonq Mi Lan haqqında ölüm hökmü çıxarıb.

Banco.az xəbər verir ki, ittiham tərəfinin fikrincə, o, saxta sxemlərlə 12 milyard dollardan çox vəsait mənimsəyib.Bu məbləğ 100 milyon əhalisi olan ölkənin illik ÜDM-nin təxminən 3%-nə bərabərdir. Eyni zamanda, onun əməllərindən dəyən ümumi zərər 44 milyard dollar həcmində qiymətləndirilir. 

Məhkəmənin hökmü Çonq Mi Lanı 27 milyard dolları qaytarmağa məcbur edir, baxmayaraq ki, ittiham tərəfi bunun  mümkün olacağına inanmır.

Yerli nəşrlərin məlumatına görə, bu, "Vyetnamda indiyə qədər keçirilən ən möhtəşəm məhkəmə"  və "dünyanın indiyə qədər gördüyü ən böyük bank fırıldaqlarından biri" olub.

Çonq Mi Lanın təqsirini boynuna almadığı və bunu tabeliyində olanların üzərinə atdığı bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Van Thinh Phat”ın rəhbəri ilə yanaşı, daha 85 nəfər də rüşvətxorluq və vəzifə səlahiyyətlərindən sui-istifadədən tutmuş mənimsəmə və bank qanunlarının pozulmasına qədər müxtəlif ittihamlarla məhkəmə qarşısına çıxarılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et