Bu ölkədə xaricdə əldə olunmuş gəlirlərdən vergi tutmayacaq | Banco.az

Bu ölkədə xaricdə əldə olunmuş gəlirlərdən vergi tutmayacaq

Hindistan vətəndaşlarının xaricdə əldə etdikləri gəlirləri Hinsdistandakı bizneslə və ya burada aparılan işlərlə əlaqəli olmadığı halda vergiyə cəlb edilməyəcək. Fevralın 1-də ölkə büdcəsi qəbul edildikdən sonra bu məzmunda açıqlama tələb edilirdi. Ölkənin maliyyə haqqında qanununda göstərilirdi ki, Hindistan vətəndaşı əgər hər hansı ölkədə və ya yurisdiksiyada vergi ödəmirsə, ölkənin vergi rezidenti hesab edilməli və vergiyə cəlb olunmalıdır. Bu qayda ona görə tətbiq edilirdi ki,vergi ödənilməyən ölkələrdə qeydiyyatda olan hindistanlılar əldə etdikləri gəlirlərin müqabilində Hinistanda vergi ödəsinlər. Maliyyə nazirinin bildirdiyinə görə, yeni qaydalara əsasən, Dubayda yaşayan və orada pul qazanan Hindistan vətəndaşı Hindistanda vergi ödəməyəcək. Ancaq həmin vətəndaşın Hindistanda biznesi varsa və ya öz mənzilini kirayəyə verirsə, o bunlardan əldə etdiyi gəlir üçün vergi ödəməlidir.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et