Bu ölkələrdə "Wi-Fi" daha sürətlidir – Siyahı | Banco.az

Bu ölkələrdə "Wi-Fi" daha sürətlidir – Siyahı

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin aprel ayında sabit genişzolaqlı internetin sürətinə görə dünya ölkələri arasında birinci yeri Sinqapur (368.50 Mbps) tutub.

Banco.az internetin sürətini yoxlamaq üçün istifadə edilən etibarlı veb-sayt olan "Speedtest"ə istinadən xəbər verir ki, ötən ay Birləşmiş Ərəb Əmirlikləri (318.63 Mbps) ikinci, Honkonq (Çinin xüsusi inzibati rayonu) (312.60 Mbps) üçüncü olub.

155 ölkə arasında sonuncu yerdə Suriya (3.20 Mbps) qərarlaşıb. Azərbaycan isə bu siyahıda 86-cı (76.87 Mbps) olub. 

Genişzolaqlı internetin ən sürətli olduğu 10 ölkə bunlardır (Aprel, 2025):

  1. Sinqapur – 368.50 Mbps
  2. BƏƏ – 318.63 Mbps
  3. Honkonq (Çinin xüsusi inzibati rayonu) – 312.60 Mbps
  4. Fransa – 308.01 Mbps
  5. İslandiya – 306.22 Mbps
  6. ABŞ – 291.18 Mbps
  7. Çili – 290.06 Mbps
  8. Danimarka – 259.41 Mbps
  9. İsveçrə – 256.91 Mbps
  10. Çin – 252.45 Mbps

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram