“Bu ölkələrdə infrastrukturun inkişafı üçün 600 milyard dollar maliyyə vəsaiti ayrılacaq” | Banco.az

“Bu ölkələrdə infrastrukturun inkişafı üçün 600 milyard dollar maliyyə vəsaiti ayrılacaq”

Müəllif - Aida İsaq, Banco.az

ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Almaniya, Yaponiya və Kanada liderləri inkişaf etməkdə olan ölkələrdə infrastrukturun inkişafı üçün 600 milyard dollar maliyyə fondu yaratmaq barədə razılığa gəlib. 

Banco.az xəbər verir ki, bu barədə G7 nümayəndələrinin Xirosima sammiti zamanı qəbul edilmiş birgə bəyanatında bildirilir. Məlumata görə, 2027-ci ilə qədər tamamlanmalı olan müvafiq vəsaitin sözügedən ölkələrə investisiyalar çərçivəsində ayrılması planlaşdırılır. Beləliklə, bu addım ölkələrdə investisiya layihələrinin sayını artırmaq, həmçinin biznes sahələrinə dəstək məqsədi daşıyır.

Qeyd edək ki, bununla yanaşı, Avropa Şurasının rəhbəri Çarlz Mişel Aİ-nin G7 ölkələri ilə birlikdə Rusiya iqtisadiyyatına sanksiya təzyiqini davam etdirərək ölkə iqtisadiyyatına zərbələr vurulacağını bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram