Bu ölkələr Rusiyadan neft idxalını əsaslı dərəcədə artırıb | Banco.az

Bu ölkələr Rusiyadan neft idxalını əsaslı dərəcədə artırıb

Tamara Mustafayeva, Banco.az

Məlum olduğu kimi, Rusiya Ukraynanı işğal etdikdən sonra ABŞ, Aİ, Böyük Britaniya, Kanada və Yaponiya Rusiyaya qarşı sanksiyalar tətbiq edərək bir çox məhsulların idxalını qadağan edib və bu da ölkənin maliyyə sisteminin ciddi zərər çəkməsinə gətirib çıxarıb.

Lakin dünya əhalisinin ən sıx məskunlaşdığı Çin və Hindistandakı müştərilər hələ də Rusiyadan neft, kömür və gübrə kimi bir sıra məhsulları almağa davam edirlər.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Çin və Hindistanın gömrük statistikasından əldə edilən məlumatlara görə, bu ölkələr 2022-ci ilin ikinci rübündə birinci rüblə müqayisədə Rusiyadan 11 milyon ton çox neft idxal ediblər. Rusiya neftinə ödənişlər də 9 milyard dollar artıb.

Ən böyük artım isə, birinci rübdə 0,66 milyon ton olan neft idxalının ikinci rübdə 8,42 milyon tona yüksəldiyi Hindistanın payına düşüb.

Müharibədən əvvəl artıq Rusiya xam neftinin əsas alıcısı olan Çin isə may ayında yanvar və fevral aylarına nisbətən gündəlik 0,2-0,4 milyon barel artımla gündə 2 milyon barel neft satın alıb.

Ən sərfəli kredit üçün müraciət et

Ticarət statistikasına görə, Hindistan üçün hətta müharibədən əvvəlki dövrlə müqayisədə qiymət endirimi də tətbiq edilib. Belə ki, Hindistanın Rusiyadan neft idxalı birinci rübdə bir ton üçün orta hesabla 790 dollara başa gəldiyi halda, ikinci rübdə bu məbləğ 740 dollara düşüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et