Bu ölkələr həm odunu ixrac, həm də idxal edir | Banco.az

Bu ölkələr həm odunu ixrac, həm də idxal edir

Dünya ərazisinin 38 milyon kv. km-i tutan meşələr bizim yaşama səbəbimizdir desək, yanılmarıq. Çünki bir ağac 1 saatda təxminən 2.3 kq CO2 udur və 1.7 kq oksigen buraxır. 1 hektar meşə sahəsi 30-40 ton toz udur. Bu qədər faydalarına baxmayaraq, ilbəil meşə yanğınları səbəbindən meşə sahələri azalır. Təkcə 2019-cu il I yarısında 25 619 meşə yanğını olub. Yanan ağacların yerinə yeni ağaclar əkilsə də, onun böyüyüb təbiətə fayda verməsi uzun zaman alır.

Dünyada ən çox meşə sahəsi olan ölkə Rusiyadır ki, meşə sahəsi 8 milyon kv. km olmaqla ölkə ərazisinin demək olar yarısını tutur. Amazon meşələri ölkənin yarıdan çoxunu tutan Braziliyada meşə sahəsi 5 milyon kv. km-dir. 

Ən çox meşə ərazisi olan ölkələr

Ölkələr kv. km Ölkə ərazisinə nisbətən
1

Rusiya

8 090 605 49%
2 Braziliya 5 173 689 62%
3

Kanada

3 100 886 34%
4 ABŞ 3 046 148 33%
5

Çin

2 079 789 22%
6 Konqo 1 539 326 68%
7

Avtraliya

1 244 533 16%
8 İndoneziya 936 581 52%
9

Hindistan

686 808 23%
10 Peru 678 398 53%
11

Meksika

647 334 33%
12 Anqola 579 716 47%
13

Boliviya

568 733 53%
14 Kolumbiya 565 053 54%
15

Zambiya

492 873 66%

Meşələr atmosferi nə qədər təmizləsə də, ağacların istehsal sahəsində əhəmiyyətli rolu vardır. Bu əhəmiyyəti nəzərə alaraq ən çox odun ixracı olan ölkələr də məhz ən çox meşə sahəsi olan ölkələrdir. Kanada 3 milyon kv. km meşə sahəsinə görə 3-cü yerdə olsa da, ixraca görə 1-ci yerdədir. O, ixracının 20%-ni odun ixrac etməklə 8.2 milyard dollar qazanır. Rusiya isə 4.5 milyard dollar ixracının 11%-ni odun satmaqla əldə edir.

Ən çox odun ixrac edən ölkələr

Ölkələr

milyon dollar Ümumi ixracda payı
1 Kanada 8200 20%
2

Rusiya

4500 11%
3 ABŞ 3700 9%
4

İsveç

3300 8%
5 Almaniya 2500 6%
6

Finlandiya

2200 5%
7 Avstriya 1700 4%
8

Tayland

1200 3%
9 Çili 945,2 2%
10

Malasiya

905,7 2%
11 Latviya 819,2 2%
12

Braziliya

771,6 2%
13 Yeni Zelandiya 654,3 2%
14

Belçika

645,1 2%
15 Ukrayna 586,5 1%

Ən sərfəli kredit üçün müraciət et

Maraqlısı odur ki, odun ixrac edən ölkələr ilə idxal edən ölkələr sırasında ilk beşlikdən dördü eyni ölkədir. Eyni zamanda bu ölkələr meşə sahəsinə görə də dünyada ilk ölkələrdəndir. Məsələn, ABŞ ümumi idxalının 3%-ni, yəni 38.4 milyard dollar odun idxal edir. Lakin bu o demək deyil ki, onun meşəliyi yoxdur. ABŞ meşə sahəsinə görə 3 milyon kv. km-lə dünyada 4-cü yerdədir.

Ən çox odun idxal edən ölkələr

Ölkələr milyard dollar Ümumi idxalda payı
1

ABŞ

38,4 3%
2 Çin 35,9 2%
3

Almaniya

34,3 3%
4 Kanada 29,5 7%
5

İsveç

16,5 11%
6 Finland 15,2 21%
7

Braziliya

13,3 6%
8 Rusiya 12,7 4%
9

Fransa

11,7 2%
10 Polşa 11,3 5%
11

Avstraliya

11,1 7%
12 İtaliya 10,5 2%
13

İndoneziya

10,4 6%
14 Birləşmiş Krallıq 8,3 2%
15

Niderland

8,2 2%

 

Tərlan Qəhrəmanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et