Bu ölkələr 1 milyard dollardan çox məbləğdə müqavilələr bağlayacaq | Banco.az

Bu ölkələr 1 milyard dollardan çox məbləğdə müqavilələr bağlayacaq

Müəllif:Ayşən İmanova/Banco.az

Qazaxıstan və Tacikistan şirkətləri Düşənbədə keçiriləcək iki ölkənin investisiya forumu zamanı 1 milyard dollardan çox dəyərində əməkdaşlıq sazişləri bağlayacaqlar. 

Banco.az xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazirinin birinci müavini Roman Sklyar bildirib.

"Forumumuz çərçivəsində ümumi dəyəri 1 milyard dollardan çox olan bir sıra sənədlər imzalanıb və onların əsasında müxtəlif birgə layihələrin həyata keçirilməsi planlaşdırılır", - o qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şerali Kabir çıxışı zamanı bildirib ki, bu məbləğin əsas hissəsi ölkələrin metal emalı sənayesində qarşılıqlı fəaliyyətinə aid olacaq. 

Nazirin sözlərinə görə, Tacikistan Qazaxıstanla digər sahələrdə də əməkdaşlığı səbirsizliklə gözləyir: "Ferroərintilərin istehsalı, transformatorların istehsalı, tibb müəssisələri üçün rentgen avadanlığı, tərəvəz konservləri istehsalı, dəri emalı zavodunun tikintisi layihəsi də maraqla gözlənilir".