Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyədə yenilənmiş ikinci əl elektron malların idxalına icazə verilib.
Banco.az xəbər verir ki, Elektrik tullantıları və Elektron Avadanlıqların İdarə Edilməsi haqqında Əsasnamə ilə yenilənmiş elektron malların idxalına icazə verilib.
Bu barədə “Resmi Gazete”də dərc olunub.
Sözügedən qərarla artıq ölkəyə elektrik tullantıları və elektron avadanlıqları ilə yanaşı, yenilənmiş elektrik və elektronika məhsulları da idxal ediləcək.
Bizi sosial şəbəkələrdən izləyin!!