Müəllif -Aida İsaq, Banco.az
Rusiyada cari ilin yanvar-noyabr aylarında “part-time” işlərə müraciətlər çoxalıb.
Banco.az xəbər verir ki, bu cür müraciətlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15 faiz, özünüməşğulluğa maraq isə 26 faiz artıb. Aparılan sorğu nəticəsində məlum olub ki, ən çox 34 yaşdan aşağı olan gənclər yarımştat işlərə maraq göstərib. Aktivliyin daha çox yay mövsümündə müşahidə olunduğu qeyd edilir. Bu isə ilk növbədə tələbələrin dərslər bitdikdən sonra sentyabrda təhsilin başlamasına qədər müvəqqəti qazanc əldə etmək istəyi ilə bağlıdır.
Namizədlərin operator, satış meneceri, paketçi, mühasib, kuryer və s. kimi vakansiyalara üstünlük verdiyi eyni zamanda nisbətən daha asan öhdəsindən gəlinməsi mümkün olan iş yerlərinə üz tutduqları məlum olub.
Bizi sosial şəbəkələrdən izləyin!!