Müəllif - Aida İsaq, Banco.az
Rusiya bazarını tərk edən şirkətlər sektorda boşluq yarada bilməyib.
Banco.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət dumasının sədri Vyaçeslav Volodinin xarici şirkətlərin 76%-nin Rusiya bazarını tərk etməməsi ilə bağlı fikirlərini şərh edərkən bildirib. Kreml sözçüsü bazarı tərk edən şirkətlərin yerini yerli müəssisələrin çevik şəkildə doldurduğunu qeyd edib. Dövlət Dumasının sədri daha əvvəl xarici şirkətlərin 75,9%-nin Rusiya bazarını tərk etmədiyini bildirmişdi. Onun sözlərinə görə, bazarı tərk edən şirkətlər isə milyardlarla dollar zərərə uğramaqdadır.
Qeyd edək ki, Rusiya Ukraynada xüsusi hərbi əməliyyata başladıqdan sonra əksər xarici şirkətlər ölkə bazarını tərk edib. Bəziləri isə ölkədəki fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Onların arasında "McDonald's", "Coca-Cola", "Apple", "Siemens" və s. nəhəng korperasiyalar yer alır.
Bizi sosial şəbəkələrdən izləyin!!