Bu ölkədə vakansiyaların sayı artıb | Banco.az

Bu ölkədə vakansiyaların sayı artıb

Müəllif - Aida İsaq, Banco.az

Rusiyada 2023-cü ilin birinci rübündə kiçik və orta biznes seqmentində aktiv vakansiyaların sayı keçən ilin eyni dövrü ilə müqayisədə 26 faiz artıb. 

Banco.az xəbər verir ki, iş təkliflərinin ümumi sayı 760 000-dən 957 000-ə yüksəlib. İlin ilk üç ayında mədəniyyət və incəsənət sahəsində vakant yerlərin sayı ən çox nəzərə çarpan şəkildə - 51 faiz artıb. Maşınqayırma, kimya və gübrə istehsalı sahəsində də əhəmiyyətli artımlar qeydə alınıb. Ekspertlərin fikrincə, vakansiyaların sayının ümumi artımı 2022-ci ildə Rusiyaya qarşı sanksiyalarının tətbiqindən sonra biznesin bərpası ilə bağlıdır.

Məlumata görə, sənaye avadanlığı və mexanizmləri, xidmət, o cümlədən fitnes və idman, qeyri-ərzaq istehlak malları sahələrində də fəal işə qəbullar aparılır. İş təkliflərinin sayında azalma maliyyə və nəqliyyat, İT sektorunda qeydə alınıb. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram