Bu ölkədə “Telegram” cərimələnib | Banco.az

Bu ölkədə “Telegram” cərimələnib

Müəllif:Ayşən İmanova/Banco.az

Moskvanın Taqanski Məhkəməsi “Telegram” messencerini növbəti dəfə cərimələyib.

Banco.az xəbər verir ki, bu dəfə inzibati cəza tətbiq edilməsinə səbəb sosial şəbəkənin Rusiya Federasiyası ərazisində qadağan olunmuş məlumatları silməkdən imtina etməsi olub.

Məhkəmə “Telegram” messencerini Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsini (sayt sahibinin Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq silinməli olan məlumatları silməməsi) pozmaqda təqsirli bilib. Şirkətə 4 milyon rubl məbləğində inzibati cərimə tətbiq edilib.

Qeyd edək ki, ölkə əvvəllər də oxşar səbəblərə görə “Google” və “TikTok” kimi müxtəlif xarici platformalara cərimələr tətbiq edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram