Bu ölkədə təkcə avro istifadə olunmağa başlanıb | Banco.az

Bu ölkədə təkcə avro istifadə olunmağa başlanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Xorvatiyada yalnız avro istifadə olunmağa başlanıb.

Banco.az xəbər verir ki, yanvarın 1-dən həm Şengen, həm də Avrozonaya daxil olan Xorvatiyada ölkənin rəsmi valyutasından avroya keçid başa çatıb.

2013-cü ildən Avropa İttifaqına (Aİ) üzv olan Xorvatiya yanvarın 1-dən isə  Şengen zonasının 27-ci üzvünə çevrilməklə rəsmi valyutanı da kunadan avroya dəyişib.

Xorvatiyada rəsmi pul vahidinin avro olması ilə kunanın 2023-cü ilin sonuna qədər poçt şöbələrində, 2024-cü ildə isə Xorvatiya Milli Bankında avroya dəyişdirilə biləcəyi qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Xorvatiya “Aİ-də avrodan istifadə edən 20-ci ölkə” olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et