Bu ölkədə təhlükəsizlik vergisi tətbiq ediləcək | Banco.az

Bu ölkədə təhlükəsizlik vergisi tətbiq ediləcək

Müəllif:Ayşən İmanova/Banco.az

Estoniya parlamenti 2028-ci ilə qədər qüvvədə olacaq təhlükəsizlik vergisinin tətbiqi barədə qərar qəbul edib.

Banco.az xəbər verir ki, bu barədə ERR teleradio şirkəti məlumat yayıb.

"Qəbul edilmiş qanuna əsasən, Estoniyanın müdafiə qabiliyyətini artırmaq üçün əlavə vergi gəlirləri əldə etmək məqsədilə Estoniyada 2028-ci ilin sonuna qədər təhlükəsizlik vergisi tətbiq ediləcək", - məlumatda deyilir.

Ən sərfəli kredit üçün müraciət et

Fiziki və hüquqi şəxslərin gəlir vergisinin iki faiz bəndi artırılmasını özündə ehtiva edən qanunu 53 deputat dəstəkləyib, 27 deputat onun qəbulunun əleyhinə səs verib.

Qeyd edək ki, Estoniya müdafiə xərclərini 2025-ci ildə ÜDM-in 4%-nə qədər artırmağı planlaşdırır.