Bu ölkədə süni intellekt sənayesinin həcmi 70 milyard dolları ötüb | Banco.az

Bu ölkədə süni intellekt sənayesinin həcmi 70 milyard dolları ötüb

Müəllif:Ayşən İmanova/Banco.az

Çində süni intellekt texnologiyaları sənayesinin ümumi həcmi 500 milyard yuanı (təxminən 70,4 milyard dollar) keçib.

Banco.az xəbər verir ki, bunu Şanxayda Ümumdünya Süni İntellekt Konfransının açılış mərasimində çıxış edən Çin Xalq Respublikası Dövlət Şurasının sədri Li Çian deyib.

Onun sözlərinə görə, süni intellektin istifadəsi istehsal, nəqliyyat, təhsil, tibb və digər sahələrdə genişlənir.

Li Çian süni intellekti bəşəriyyətin ortaq irsi adlandırıb. “Biz süni intellektin inkişafı üçün ədalətli, açıq və ayrı-seçkiliyə yol verməyən mühit yaratmaq, inkişaf etməkdə olan ölkələrə öz imkanlarını gücləndirməyə kömək etmək və daha çox ölkəyə süni intellektin inkişafının nailiyyətlərindən şərik olmaq imkanı vermək üçün birlikdə çalışmalıyıq”, - deyə o əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et