Bu ölkədə stomatoloqlar yüksək maaş alır | Banco.az

Bu ölkədə stomatoloqlar yüksək maaş alır

Müəllif - Aida İsaq, Banco.az

Rusiyanın böyük şəhərlərində ən yüksək maaş təklif olunan peşələrin adları açıqlanıb. 

Banco.az xəbər verir ki, siyahının liderləri stomatoloqlar olub.

Moskva, Novosibirsk və Krasnoyarskda onlara ayda 4.369 dollar, Sankt-Peterburqda 2912 dollar, Volqoqradda isə diş həkimi-cərrahına 2184 dollar təklif olunur. Ümumilikdə həkim peşəsi ən yüksək maaşla işçi cəlb edən sahə olub.

İT, pərakəndə və topdansatış, tikinti və istehsal, maliyyə, nəqliyyat və logistika, xidmət sektoru yanvar ayında ən yüksək ödənişlər təklif edən sahələr olub. Proqram təminatının hazırlanması sahəsində vakansiyalar müvafiq reytinqin ilk 5-liyində yer alıb. Sözügedən peşənin nümayəndələrinə 2.184 - 3.058 dollar arasında maaş təklif olunur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et