ABŞ-da şist neft hasilatıçısı olan “Chesapeake Energy” şirkəti özünü müflis elan edib.
Bu barədə CNBC telekanalı məlumat yayıb.
Beləliklə, şirkət könüllü olaraq müflis olması barədə müraciət edib. Həmçinin, ABŞ məhkəməsindən borcun yenidən formalaşması çərçivəsində sadələşdirmək üçün iflas bəndinə əsasən onun restruktizasiyasını istəyib.
Şirkət 7 mlrd ABŞ dolları həcmində borcun ödənilməsi planını həyata keçirmək niyyətindədir.
Qeyd edək ki, “Chesapeake Energy” şirkəti kreditorların ona 925 mln ABŞ dolları borc verəcəyi barədə müqavilə bağlayıb.
Bundan əlavə, şirkət kreditorlardan və təmin edilmiş istiqraz sahiblərindən 600 mln ABŞ dolları almalıdır.
report.az
Bizi sosial şəbəkələrdən izləyin!!