Bu ölkədə şirkətlərin idarə heyəti üçün qadın rəhbər kvotası müəyyən edilib | Banco.az

Bu ölkədə şirkətlərin idarə heyəti üçün qadın rəhbər kvotası müəyyən edilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Norveç hökuməti iri və orta şirkətlərin idarə heyəti üzvlərinin ən azı 40 faizinin qadın olmasını tələb edən qanun layihəsi təqdim edib.

Banco.az xəbər verir ki, Norveçin ticarət və sənaye naziri Yan Kristian Vestre keçirdiyi mətbuat konfransında sözügedən qanun layihəsinin məzmununu açıqlayıb.

“Norveç dünyada bu istiqamətdə addım atan ilk ölkədir”, - nazir bildirib.

Qanun layihəsi təsdiqlənərsə, 2028-ci ilə qədər ölkədə fəaliyyət göstərən 20 min iri və orta həcmli şirkətin idarə heyəti üzvlərinin ən azı 40 faizini qadınlar təşkil etməli olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et