Müəllif - Aida İsaq, Banco.az
Çində sənaye şirkətlərinin mənfəəti may ayında 12,6 faiz azalıb. Aprel ayında isə azalma 18,2 faiz təşkil edib.
Banco.az xəbər verir ki, Çin Milli Statistika Bürosunun məlumatına görə, yanvar-may dövründə şirkətlərin mənfəəti 18,8 faiz azalıb. Statistika Bürosunun baş mütəxəssisi Sun Xiao may ayında istehsal sektorunun mənfəət göstəricilərinin yaxşılaşmağa başladığını bildirib.
Çinin istehsal sektorunun mənfəətinin 39,6 faizini təşkil edən avadanlıq sektorunun mənfəəti 15,2 faiz artaraq may ayındakı canlanmaya dəstək verib. Avtomobil istehsalından əldə olunan mənfəət təxminən iki dəfə artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!