Bu ölkədə qaz və elektrik qiymətlərinə məhdudiyyət qoyulacaq | Banco.az

Bu ölkədə qaz və elektrik qiymətlərinə məhdudiyyət qoyulacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniyada gələn il müəssisələr və evlər üçün qaz və elektrik qiymətlərinə məhdudiyyət qoyulacaq.

Banco.az xəbər verir ki, Avropanın ən böyük iqtisadiyyatına sahib Almaniya Rusiyanın enerji təchizatını məhdudlaşdırmaq üçün atdığı addımların nəticələrini cilovlamaq məqsədilə gələn il müəssisələr və evlər üçün qaz və elektrik qiymətlərinə məhdudiyyət qoyacaq.

Hökumət rəsmilərinin dediyinə görə, təxminən 54 milyard avroya (55,5 milyard dollar) başa gələcək tədbirlər paketi martın 1-dən qüvvəyə minəcək.

Bu çərçivədə subsidiyalar retrospektiv olaraq yanvar və fevral ayları üzrə ödəniləcək. Qaz istehlakçıları da dekabr ayında birdəfəlik olmaqla dövlət dəstəyi alacaqlar.

Elektrik enerjisi ödənişləri üçün yardım qismən elektrik enerjisindən əldə edilən gəlir vergisi hesabına maliyyələşdiriləcək. Qaz və daş kömür istisna olmaqla, demək olar ki, bütün elektrik enerjisi istehsalı növləri, o cümlədən bərpa olunan enerjilər ödənişli olacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram