Bu ölkədə peyvəndsiz işə çıxmaq qadağan olundu | Banco.az

Bu ölkədə peyvəndsiz işə çıxmaq qadağan olundu

Səudiyyə Ərəbistanı hökuməti dövlət və özəl şirkətlərin əməkdaşlarına koronavirusa qarşı peyvənd olunmadan işə çıxmağı qadağan edib.

Bu barədə ölkənin Kadrlar və Sosial İnkişaf Nazirliyindən yayılan məlumatda bildirilib.

Məlumata qeyd olunub ki, bütün əməkdaşlar tezliklə vaksinasiyadan keçməyə hazır olmalıdırlar. Belə ki, yaxın gələcəkdə onların peyvəndlənməsi prosesinə start veriləcək.

Məlumat üçün bildirək ki, bugünədək əhalisi 34 milyon olan Səudiyyyə Ərəbistanında 10 milyon dozadan çox vaksin vurulub.

oxu.az

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et