Müəllif: Tamara Mustafayeva, Banco.az
Avstraliyada pərakəndə satışlarda sürpriz artım qeydə alınıb.
Banco.az xəbər verir ki, Avstraliyada mövsümi təsirlərdən kənarlaşdırılmış pərakəndə satışlar sentyabrda aylıq 0,9 faiz artıb.
İqtisadçılar bu dövrdə pərakəndə satışların 0,3 faiz artacağını proqnozlaşdırmışdılar.
Avqustda ölkədə pərakəndə satışlar 0,2 faiz artım göstərmişdi.
Mövsümi təsirlərdən kənarlaşdırılmış pərakəndə satış həcmində illik müqayisədə isə 2 faiz azalma müşahidə olunub.
Qeyd edək ki, üçüncü rübdə ölkədə başlıq inflyasiyasında proqnozları üstələyən performans müşahidə olunub. Bu dövrdə ölkədə inflyasiya 5,4 faiz artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!